Rusiya Hərbi Akademiyası NATO-nu qorxutmaq üçün nüvə bombasını partlatmağı təklif etdi...

Rusiya Hərbi Akademiyası NATO-nu qorxutmaq üçün nüvə bombasını partlatmağı təklif etdi...
"Qərbi qorxuya salmaq və Ukraynaya dəstəyi dayandırmağa vadar etmək üçün..."

"Şimali Koreya nüvə sınaqları həyata keçirir. Kimsə ona hücum edibmi?.."
 
"Novaya Zemlyada nüvə silahının sınaqdan keçirilməsi Qərb ölkələrini Kiyevə dəstək verməkdən çəkindirə bilər..."
 
 
Rusiya Hərbi Akademiyası NATO ölkələrini Ukraynaya yardımı dayandırmağa, Kiyevi isə Krıma hücum təhdidlərindən imtina etməyə məcbur etmək üçün nüvə bombasını partlatmağı təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Akademiyanın baş elmi əməkdaşı, hərbi analitik Vladimir Proxvatilov "Ura.ru" nəşrinə müsahibəsində bəyan edib.
 
"Novaya Zemlyada nüvə silahının sınaqlarını bərpa etmək və bunu nüvə silahlarının vəziyyətinin yoxlanılması zərurəti ilə motivasiya etmək lazımdır", - o, deyib.
 
Onun sözlərinə görə, son illər aparılan nüvə sınaqlarının kompüter molelləşdirilməsi dürüst mənzərə yaratmır, amma nüvə partlayışı Qərb ölkələrini Kiyevə hərbi dəstək verməkdən imtina etməyə inandıra bilər.
 
"Şimali Koreya nüvə sınaqları həyata keçirir. Kimsə ona hücum edibmi? Yox, yalnız onu təhdid edirlər. Qoy bizi də təhdid etsinlər. Biz bunu etsək, mənə elə gəlir ki, Qərbin tədarükü çox tez bir zamanda dayanacaq və Krıma hücum və Krım körpüsünün dağıdılması təhdidləri də aradan qalxacaq", - ekspert hesab edir.
 
Qeyd edək ki, Ukraynada müharibə başlanandan Rusiya tərəfindən nüvə təhdidləri səslənir. Hətta qonşu ölkəyə tammiqyaslı hərbi müdaxilədən öncə Putin bəyan edib ki, Rusiya öz "düşmənlərinə" qarşı istənilən silahdan, o cümlədən nüvə silahından istifadə edə bilər.
 
Bir çox Qərb siyasətçilər və ekspertləri belə bəyanatlara ciddi yanaşır, Rusiyanın nüvə bombasını nə zaman və necə partladacağını hesablamaq istəyir və növbəti addımın "qorxutmaq nümayişi" olacağını xəbərdar edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az