Rusiya nə qədər raket atıb? – Pentaqon sayır

Rusiya nə qədər raket atıb? – Pentaqon sayır

Rusiya Ukraynaya qarşı artıq 29-cu gündür ki, irimiqyaslı müharibə aparır. Bu müddətdə işğalçı ordu 1200-dən artıq ballistik, qanadlı və digər raket atıb.

Miq.Az xəbər verir ki, bu barədə "ABC Nyus”a Pentaqondakı mənbə bildirib.

ABŞ ordusunun yüksək rütbəli rəsmisinin sözlərinə görə, hazırda Rusiyanın raket arsenalında kifayət qədər silah var, xüsusilə "yer-hava” və qanadlı raketlər.

"Rusların bu müharibədə xeyli raket xərcləməsinə baxmayaraq, onlarda hələ çox raket qalıb”, - mənbə bildirib.

Onun sözlərinə görə, Rusiya müharibədən öncə səfərbər etdiyi raketlərin ən azı 50%-ni istifadə etməyib, üstəlik, işğalçı ölkənin çoxlu qanadlı raketləri, yaxın və orta mənzilli ballistik raketləri qalmaqdadır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az