Rusiya hökuməti neft ixracına məhdudiyyət qoyulacağı təqdirdə mümkün addımları nəzərdən keçirir.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulukayev bildirib.
Nazir etiraf edib ki, enerji daşıyıcılarının ucuzlaşması sadə adamlar və şirkətlərə ciddi təsir göstərə bilər. Bununla yanaşı o, qiymətlərin aşağı düşməsinin rubl məzənnəsilə tənzimləndiyi üçün mümkün məhdudiyyətlərin Rusiya büdcəsinə əhəmiyyətli təsir göstərməyəcəyini deyib.
"Mən Rusiyaya qarşı sanksiyaların sərtəşdirilicəyini düşünmürəm, hərçənd ki belə ehtimalı proqnozlarımızda nəzərə alırıq. Biz Rusiya nefti və qazının ixracına mümkün məhdudiyyətlər ssenarisini nəzərdən keçiririk”, - Aleksey Ulukayev BBC Rus Xidmətinə müsahibəsində deyib.
Hökumətin neftin ucuzlaşmasından narahat olduğunu deyən nazir bunun sərmayəçilərə təsi edəcəyini istisna etməyib.
“Bu, sərmayəçilərin planlarına təsir göstərir. İnvestisiya və istehlakçı tələbatı azala bilər. Bütün bunlar Ümumi Daxili Məhsulun dinamikasına mənfi təsir göstərir”, Ulukayev əlavə edib.
O, sərmayəçiləri dəstəkləmək üçün bir sıra hökumət proqramının hazırlandığını bildirib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib