Sakib Mustafayev Gürcüstan
Dağlıq Qarabağ probleminin ATƏT-in təməl prinsipləri cərçivəsində sülh yolu ilə danışıqlar vasitəsi ilə çözülməsi üçün yaradılmış və qeyd olunan təşkilatın Minsk qrupu təyinatını almış olduğu münaqişəni həll etməkdə acizdir və bundan bizi (haqq və ədaləti) qane edəcək yaxşı mənada nə isə gözləmək mənasızdır. 20 ildən artıq fəaliyyətdə olan bu qurumun sözü gedən münaqişənin həlli yolunda faydalı iş əmsalı çəkisinin çox az və gülünc saviyyədə olması dediyimizə əsasdır. Açıq-aşkar Azərbaycanı məğlubiyyətlə barışmağı qəbul etdirmək, Dağlıq Qarabağın Azərbaycan üçün birdəfəlik itirilməsi və beləliklə də təcavüzkarı dəsətəkləmək anlamına gələn ATƏT-in Minsk qrupunun təklifləri bu qrupun nə dərəcədə ədalətli mövqe tutduğunu şübhə altına alır. 2007-ci ildə münaqişə tərəflərinə təklif olunmuş "Madrid prinsipi" buna əyani misaldır. Minsk qrupu həmsədrlərinin münaqişə tərəflərinə təklif etdiyi bu prinsipin bəzi məqamlarını qeyd etsək Azərbaycana qarşı ədalətsizlik edildiyini görmüş olarıq;
1. Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycanın nəzarəti altına keçir, ( qəribədir,"işğal edilmiş ərazilər" kəlməsindən belə söz getmir).
2. Özünüidarəetməni və təhlükəsizliyi təmin etmək üçün Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi,
3. Ermənistanla Dağlıq Qarabağı birbaşa birləşdirəcək dəhlizin təminatı,
4. Gələcəkdə Dağlıq Qarabağın yekun statusunu müəyyən etmək üçün yeganə hüquqi qüvvəsi olacaq referendumun keçirilməsi,
5. Qaçqınların və məcburi köçgünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması,
6. Təhlükəsizliyə beynəlxalq zəmanət və sülhməramlı əməliyyatların keçirilməsi.
Bu və ya bunabənzər münaqişələrin həll olunmasında bitərəf vasitəçilərin olması qaçılmazdır. Həmin vasitəçlər neytirallığını saxlamaq şərti ilə münaqişəyə cəlb olunmuş tərəflərı barışdırmaq üçün onlarla ayrı-ayrılıqda məsləhətləşmələr aparmalı, münaqişə iştirakçılarınin mövqelərini bir- birinə çatdırmalı, hər iki tərəfə məsləhətlər verməli və nəticədə ədalətli sülhə nail olamğa çalışırlar. Bəs görək Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində 1992 ci ilin martında təsis edilmiş ATƏT-in Minsk qrupu və bu qrupa 1996 cı ildən həmsədrlik edən Rusiya, ABŞ və Fransa konfliktin həlli yolunda bitərəfliliyə necə riayət edirlər, ədalətli sülhə necə nail olmaq istəyirlər?
İlk öncə gəlin həmin bitərəf həmsədr dövlətlərin "tərəfsizliyini" qısaca olaraq gözdən keçirək.
Bəllidir ki, Rusiya regionda siyasi maraqları olan hegemon dövlətdir və Qafqazı əbədi olaraq özünün siyasi təsir dairəsində saxlamağa çalışır. Aydındır ki, bu sahədə ona yardımçı olacaq "oyuncaq" bölgə dövlətinin varlığı i şərtdir. Bu isə, şübhəsiz, Ermənistandır. Dövlət başçsı və rəsmi dövlət xadimlərinin Moskvanın "xeyir-duası" ilə seçilməsi və ya təyin olunması Rusiyanın Ermənistana olan münasibətini aşıq şəkildə ortaya qoyur. Bundan əlavə, Cənubi Qafqazda Rus ordusu qoşunlarının dislokasiya olunduğu yeganə ölkə də Ermənistan dövlətidir. Ermənistan- Azərbaycan münaqişəsinin qızğın fazasında şimal qonşumuzun sərgilədiyi siyasət, dolayı yollarla işğalçı Ermənistanı dəstəkləməklə açıq şəkildə öz mövqeyini büruzə verdi. Üstəlik, 1996- cı ildə Rusiyanın Ermənistana 1 milyard dollar dəyərində silah və hərbi texnika "hədiyyəsi" sözügedən həmsədr dövlətin "birtərəfliyinin" bariz nümunəsidir. Göyçə gölünün yaxınlığıda ruslar tərəfindən tikilmiş hərbi aerodrom işğala məruz qalmış Azərbaycan tərəfindən ola biləcək hücumundan müdafiyə xarakteri daşıyır.
ABŞ-a gəlincə, bu dövlətin də söhbətini açdığımız münaqişəyə baxış bucağı Azərbaycananın mənafeyinə uyğun gələn məqamlarla xarakterizə etməyi mümkünsüz hala gətirir. Erməni lobbisinin basqısı altında olan ABŞ konqressinin alt komitəsində saxta erməni soyqırımının dəfələrlə gündəmə gəlməsi dediyimizə əsasdır. Qəribəsi də odur ki, ABŞ-da hər prezident seçkiləri öncəsi bu posta olan namizədlər öz seçkiqabağı nitqlərində erməni soy qırmnı taniyacaqlarına söz verirlər. Məsələn, B. Obama prezident seçildikdən sonra rəsmi çıxışlarının birində sözdə erməni soy qırımını "böyük faciə" adlandıraraq, sanki Türkiyə ilə olan strateji əməkdaşlığına az zərərverəcək mövqe nümaiş etdirdi. Bununla belə ermənilərin könlünü almış oldu. İqtisadiyyatı tamamilə iflic vəziyyətində olan Ermənistan ABŞ vasitəsilə Türkiyəyə təzyiq edərək qardaş ölkəni işğalçı dövlətlə sərhədlərini açmağa məcbur etməkdir.
Üçüncü həmsədr dövlət olan Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi heç də digər həmsədrlərdən fərqli deyil. Əksinə, artıqlığı var ki, əksikliyi yoxdur. Bir dövlətin ki fəaliyyətdə olan prezidenti və ya bu vəzifəni tutmaq istəyən namizədi açıq-aşkar sözdə erməni soyqırımını rəsmi surətdə yasalaşdırmaq istəyirsə, Azərbaycanın və haq-ədalətin lehinə hansı nətcəyə ümid edirik? Şübhəsiz ki, Fransa işğalçı Ermənistanı həmişə dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcəkdir. Zənnimcə, bir ovuc Ernənistanı və erməniləri Türkiyə ilə olan iqtisadi ilişikliklərdən üstün tutan Fransanın ədalətinə, bitərəfliyinə inananlar özü özlərini aldatmış olurlar.
Sonda diqqətinizi bir maraqlı məqama yönəltmək istərdim. Nə dərəcədə dini ayrıseçkilikdən kənar səslənsə də, hər üc həmsədr dövlətlərin xristian dini mənsubiyyətlərinin olması diqqətdən kənarda qalmamalıdır. İşğalçı din qardaşlarını təcavüzə məruz qalmış müsalman Azərbaycanından qorumaq, ona himayədarlıq etməyi sanki, öz üzərlərinə öhdəlik kimi götürən ATƏT-n Minsk qrupu həmsədrlərindən başqa nə gözləmək olar ki? Nə üçün həmsədrlərdən biri müsəlman Türkiyəsi olmamali idi? Ona görə ki, buna Ermənistan etiraz etdi, amma biz əvvəlcə Fransanı istəməsək də sonunda onu qəbul etdik. Həmin dövlətlərin tolerant siyasi mövqe tutacağına Azərbaycan böyük ümidlər bəsləyirdi.
Həm iqtisadi baxımdan inkişaf etmiş, həm də hərbi cəhətdən güclənmiş Azərbaycanın Ermənistana və yuxarıda adı çəkilən qruma qarşı nümaiş etdirəcəyi siyasi iradə münaqşənin xeyirimizə çözülməsində həlledici amil olacaqdır. Bunun başqa yolu yoxdur....