Rusiya Qarabağa nümayəndə göndərir?

Rusiya Qarabağa nümayəndə göndərir?
Rusiya yaxın zamanlarda Dağlıq Qarabağa səfər edərək vəziyyətlə yerindəcə tanış olmaqla bağlı Ermənistanın təklifini nəzərdən keçirəcək.
 
APA-nın verdiyi xəbərə görə, bunu İrəvanda uydurma "erməni soyqırımı" abidəsini ziyarət edən Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aleksey Kondratyev bildirib. "Erməni tərəfinin bir çox məsələlərdə mövqeyi bizi qane edir və qərarlar yekdilliklə qəbul olunduğu üçün burada işin böyük qismi bizim həmkarlarımızın üzərinə düşür. Biz erməni tərəfinin təklifini həmkarlarımıza çatdıracağıq, birlikdə müzakirə edəcəyik və erməni tərəfi ilə birlikdə bəyanat verəcəyik”, - deyə o, söyləyib.
 
Qeyd edək ki, aprelin 15-də Ermənistan parlamentinin Müdaifə, təhlükəsizlik və daxili işlər üzrə daimi komissiyasının sədri Koryun Naqapetyan rusiyalı senatorları Dağlıq Qarabağa səfərə dəvət edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az