Rusiya televiziyasında Azərbaycana qarşı təxribat – Video

Rusiya televiziyasında Azərbaycana qarşı təxribat – Video

Rusiyanın dövlət tərəfindən maliyyələşən "Pervıy kanal”ında Azərbaycana qarşı növbəti təxribat törədilib.

Yeniavaz.com xəbər verir ki, təxribat kanalda müntəzəm olaraq efirə gedən "Bolşaya İqra” adlı verilişin sonuncu buraxılışında baş verib.

Belə ki, Avropa İttifaqının Ermənistana missiya göndərməsi ilə bağlı efirdə gedən müzakirələr zamanı monitorda qondarma "Dağlıq Qarabağ Respublikası”nın xəritəsi nümayiş olunub.

Ermənipərəst ekspertlər Nataliya Naroçnitskaya və Anrdranik Miqranyanın iştirakı ilə baş tutan müzakirələr zamanı, həmçinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış və bəyanatlar səsləndirilib.
[video=http:// ]



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az