Rusiya vağzalı "İsgəndər"lə vurdu: 30-dan çox ölü var

Rusiya vağzalı

Rusiyanın Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 30-dan çox insan həlak olub.

Miq.Az xəbər verir ki, bu barədə "Ukrzaliznitsiya” şirkətinin idarə heyətinin rəhbəri Aleksandr Kamışin Teleqramda yazıb.

"Kramatorsk dəmir yolu stansiyasına raket hücumu nəticəsində 30-dan çox insan həlak olub, 100-dən çox insan yaralanıb. Bu, dəmir yolunun sərnişin infrastrukturuna və Kramatorsk şəhərinin sakinlərinə məqsədyönlü zərbədir”, - o bildirib.

Qeyd edək ki, Zelenski vağzalın "Toçka-U" raketi ilə vurulduğu açıqlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az