Rusiya yeni hərbi texnikasını Ermənistanda sınaqdan keçirir

Rusiya yeni hərbi texnikasını Ermənistanda sınaqdan keçirir
Cənub hərbi dairəsinin Radioelektron mübarizə (REM) mütəxəssisləri Ermənistanda yerləşən Rusiya hərbi bazasının Kamxud yüksək dağlıq poliqonunda müasir sistemləri sınaqdan keçirir.  

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb. 

"100-dən çox hərbçi bir aylıq təlimlər müddətində dəniz səviyyəsindən 1,5 min metr hündürlükdə isti iqlim şəraitində müasir radioelektron vasitələri öyrənəcəklər. Praktiki məşğələlər zamanı REM mütəxəssisləri "İnfauna” kompleksinin yerləşdirilməsi, aradan qaldırılması, radio kəşfiyyatın aparılması və şərti düşmənin radioelektron vasitələrinin dalğalarının qarşısını almağı öyrənəcəklər”, - məlumatda deyilir. 

"İnfauna” kompleksi hərbi şəraitə uyğunlaşdırılıb, texnikanı və şəxsi heyəti mina-partlayıcı qurğulardan, yaxın döyüş atıcı silahdan qoruyur.   

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az