"Rusiyada səfərbər olunanların əksəriyyəti müsəlmanlardır..."

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının(MTMŞ) katibi Aleksey Danilov Rusiya Federasiyasındakı səfərbərlikdən danışarkən qeyd edib ki, orada səfərbər olunanların əksəriyyəti müsəlman dünyasının nümayəndələridir.

Moderator.az "Ukrinform”a istinadla müxbiri xəbər verir ki, MTMŞ katibi  bu barədə "Böyük Lvov danışır” verilişinin efirində bəhs edib.
 
"Hazırda Rusiya Federasiyası ərazisində səfərbərliyə gəlincə, deyə bilərəm ki, bu saat orada səfərbər olunanların əksəriyyəti müsəlman dünyasının nümayəndələridir. Tale elə gətirib ki, onlar Rusiya Federasiyasının ərazisində, xüsusən də ən çox müsəlman icmaları olan Tatarıstanda, Dağıstanda doğulublar və orada həmişə çoxlu uşaq doğulur”, - Danilov bildirib.
 
 
MTMŞ katibi əmindir ki, gec-tez bu, Rusiya Federasiyası üçün tam bir fəlakətlə başa çatacaq və bunun üçün bir az daha gözləmək lazımdır.
 
"İnanın mənə, onlar bizim ərazimizdən tabutları almağa başlayan kimi... Onlar artıq ölü olacaqlar, indiyə qədər şərti müqaviləli əsgərlər deyil – bunlar Putinin guya Rusiya Federasiyasını qorumaq üçün birbaşa çağırdığı insanlardır. Amma onların Rusiyanı kimdən qoruyacağı bəlli deyil – axı biz onların ərazisinə hücum etməmişik. Biz öz ölkəmizin ərazisindəyik, onu qoruyuruq”, - Ukrayna rəsmisi belə deyib.
 
"Biz bilirik ki, Rusiya Federasiyasının bütün bu ordusu ya orada qalacaq, bura gəlib çıxa bilməyəcək, ya da bunu qüsursuz icra edən ölkəmizin Silahlı Qüvvələri tərəfindən məhv ediləcək. Yeri gəlmişkən, buna görə də biz döyüşçülərimizə çox minnətdarıq”, - deyə Danilov vurğulayıb.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az