Rusiyada səfərbərlik toxunmayan ecazkar diyar aşkar edilib - Putinin bunkerlərindən biri orada yerləşir..

Rusiyada səfərbərlik toxunmayan ecazkar diyar aşkar edilib - Putinin bunkerlərindən biri orada yerləşir..

"Burada, dağlar arasında "Qazprom"un Rusiya dövlətinin birinci şəxslərinin istirahət etdiyi mehmanxana-tirust kompleksi yerləşir..."
 

"Bu respublikada qismən səfərbərlik çərçivəsində bir nəfər də çağırılmayıb..."
 
Rusiya regionlarından biri rusiyalıların Ukraynayadakı müharibəyə "qismən" səfərbərliyə cəlb edilməyib
 
Altay Respublikasında bu diyarın bircə sakini də orduda xidmətə çağırılmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" informasiya agentliyi regionun senatorlarından Vladimir Poletayevin məlumatına istinadən xəbər yayıb.
 
"Hal-hazırda Altay Respublikasında qismən səfərbərlik çərçivəsində bir nəfər də çağırılmayıb. 
 
Hərbi komissarlıqlar tərəfindən vətəndaşlar haqqında məlumatların yenilənməsi, onlara çağırış vərəqələrinin göndərilməsi üzrə iş aparılır", - Poletayev  "Telegram-kanal"ında yazıb.
 
Bu məlumatları Altay Respublikası rəhbərinin mətbuat katibi Mixail Maksimov da təsdiq edib.
 
"Məlumat həqiqətə uyğundur. Bütövlükdə, region üçün kvota bağlıdır", - "RİA Novosti" agentliyi onun sözlərindən iqtibas gətirib.
 
Mətbuat katibi həmçinin dəqiqləşdirib ki, regionda hərbi komissarlıqların işinə iradlar barədə onun məlumatı yoxdur.
 
Qeyd edək ki, sahəsi 92 903 kvadrat km olan respublikada 221 min əhali yaşayır.
 
Çox gözəl təbii landşaftların sayəsində region iqtisadiyyatının əsas sahələrindən birini turizm təşkil edir.
 
O cümlədən burada dağlar arasında "Qazprom" korporasiyasının Rusiya dövlətinin birinci şəxslərinin istirahət etdiyi mehmanxana-turist kompleksi yerləşir.
 
Oradaca Rusiya prezidentinin bunkerlərindən biri yerləşir.
 
Tanınmış politoloq Valeri Soloveyin sözlərinə görə, bu, elm və texnikanın son nailiyyətlərinə uyğun olaraq avadanlıqla təchiz edilən bütöv şəhərdir. 
 
Oktyabrın əvvəlində insayderlər Putinlə birgə kimlərin sığınacağa təxliyə ediləcəyindən danışıb


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az