Rusiyada uran kombinatında sızma: ölən var

Rusiyada uran kombinatında sızma: ölən var
Rusiyanın Sverdlovsk vilayətinin Novouralsk şəhərində yerləşən Uralsk elektro-kimya kombinatında heksa-florit uran balonundan sızma olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə zamanı bir nəfər ölüb.

Bildirilib ki, fövqəladə vəziyyətin nəticələri ixtisaslaşmış bölmələr tərəfindən aradan qaldırılır.

Məlumata görə, Uralsk elektro-kimya kombinatı Rusiyanın "Rosatom” şirkətinin bir hissəsidir. Bu, atom elektrik stansiyalarının nüvə yanacağına olan tələbatını ödəmək üçün uranın zənginləşdirilməsi üzrə dünyanın ən böyük müəssisəsidir. Hazırda Rusiyanın ayırma imkanlarının 48 faizi onun texnoloji binalarında cəmləşib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az