Rusiyadan aldığı sistemləri Ukraynaya verdi – Şok qərar
Slovakiya Rusiya istehsalı "S-300” zenit-raket kompleksini Ukraynaya təhvil verib.
Miq.Az xəbər verir ki, bu barədə Slovakiya mətbuatı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hava hücumundan müdafiə kompleksinin Ukrayna Silahlı Qüvvələrinə verilməsi gizli şəkildə həyata keçirilib. İddiaya görə, proses iki gün çəkib.
Bundan əvvəl Ukraynaya ABŞ-ın dəstəyi ilə Avropadan "Osa” hava hücumundan müdafiə sistemlərinin göndərilməsi haqda məlumat yayılmışdı.
Miq.Az