Rusiyadan Aralıq dənizi açıqlaması: "İndi şərtlər dəyişib"
Rusiya ordusunun baş qərargah rəisi, ordu generalı Valeri Qerasimov ölkəsinin Aralıq dənizindəki hərbi gücü barədə açıqlama verib.
Valeri Qerasimov bildirib ki, Rusiya Aralıq dənizində Türkiyə Silahlı Qüvvələrindən daha çox güclənib. O, qeyd edib ki, Rusiyanın Aralıq dənizindəki hərbi gücü son bir neçə ildə artıb.
"Bir neçə il qabaq Aralıq dənizindəki hərbi gücümüz Türkiyəyə nisbətdə az idi. O vaxt Türkiyəyə Aralıq dənizinin hökmdarı da adlandırırdılar. Amma indi şərtlər dəyişib. Gücümüz türklərin gücündən də çox olub", deyə Valeri Qerasimov vurğulayıb.
Miq.az