Rusiyadan Azərbaycana təşəkkür

Rusiyadan  Azərbaycana təşəkkür
Rusiyanın Azərbaycandakı səfirliyi Rusiyanın "Palflot-2" tankerinin xilasetmə işlərində iştirak etdiyinə görə Azərbaycana təşəkkür edib.

Miq.az bildirir ki, səfirlikdən report-a verilən məlumata görə, onlar Xəzər dənizində yanan tankerin xilas edilməsində iştiraka görə Fövqəladə Hallar Nazirliyinə, Dövlət Dəniz Administrasiyasına və "Xəzər dəniz gəmiçiliyi" QSC-yə öz təşəkkürünü deyib.

"Qəzanın öhdəsindən operativ şəkildə gəlməkdə yardımçı olan azərbaycanlı mütəxəssislərin vaxtında və fədakar köməyini yüksək qiymətləndirən səfirlik bu addımı dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin daha bir təzahürü kimi qiymətləndirir", - səfirliyin Azərbaycan XİN-ə göndərdiyi məktubda yazılıb.

Qeyd edək ki, Rusiyanın "Palflot-2" tankerində aprelin 23-də Xəzər dənizində Türkmənistan ərazi sularında yanğın baş verib. Yanğın nəticəsində bir nəfər ölüb, digər 10 ekipaj üzvü isə hadisə yerinə vaxtında yardıma gələn Azərbaycan xilasediciləri tərəfindən evakuasiya edilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az