Rusiyadan gözlənilməz qərar
Rusiya Ədliyyə Nazirliyi Krım Tatar Milli Məclisini radikal təşkilatlar siyahısına daxil edib.
Miq.az teleqraf.com-a istinadən bildirir ki, bununla bağlı nazirliyin saytında məlumat yerləşdirilib:
"Krım Tatar Milli Məclisi 2016-cı ilin aprelin 18-dən etibarən radikal addımları səbəbindən fəaliyyətləri dayandırılan dini və sivil təşkilatlar siyahısına daxil edildi".
Qeyd edək ki, Rusiyanın Krıma təyin etdiyi Natalya Poklonskaya fevralın 15-də Krım Ali Məhkəməsinə müraciət edərək Krım Tatar Milli Məclisinin fəaliyyətinə xitam verilməsini istəmişdi.
Miq.az