“Rusiyadan qırıcı aldıq, amma...” – Paşinyandan şok etiraf

“Rusiyadan qırıcı aldıq, amma...” – Paşinyandan şok etiraf

"Ermənistan Qarabağdakı müharibədən xeyli əvvəl Rusiyadan sursatsız "Su-30SM” qırıcıları alıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Təyyarə aldıq, may ayında (2020-ci il) gətirildi. Amma müharibədən əvvəl raket almağa vaxtımız yox idi. Təyyarələr vaxtında alınmalıydı ki, raketlərini də vaxtında ala bilək. Niyə 26 illik dövlətdə döyüş təyyarəsi yox idi, kimsə bunu izah edə bilər?”, - Paşinyan söyləyib.

Bundan əvvəl, Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyan Rusiyadan alınan "Su-30SM” qırıcılarının döyüş sursatı ilə təchiz olunmadığını bildirmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az