Rusiyalı hərbçilər təslim olmuş ukraynalı əsgərləri edam ediblər

Rusiyalı hərbçilər təslim olmuş ukraynalı əsgərləri edam ediblər

ABŞ rusiyalı hərbçilərin Donetsk vilayətində təslim olmaq istəyən ukraynalıları edam etmələri ilə bağlı etibarlı məlumat əldə edib.

Bu barədə ABŞ-ın beynəlxalq ədalət üzrə xüsusi nümayəndəsi Bet Van Şaak BMT-nin iclasında bəyan edib.

"Hazırda bizdə etibarlı məlumat var ki, Donetsk yaxınlığında fəaliyyət göstərən Rusiya hərbi birləşmələri təslim olmaq istəyən hərbçiləri tutmaq əvəzinə, edam ediblər”, - deyə o bildirib.

O, doğru olacağı təqdirdə bunun müharibə qanununun əsas prinsipinin (hansı ki, təslim olmuş mülki şəxsin və döyüşçünün özbaşına edam edilməsini, yaralamağı və əlil etməyi qadağan edir) pozulması adlandırıb.

Mənbə: Pravda Ukrainı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az