Rusiyanın Ermənistana yeni nəsil təyyarələri göndərməsinin ŞOK SİRRİ AÇILDI

Rusiyanın Ermənistana yeni nəsil təyyarələri göndərməsinin ŞOK SİRRİ AÇILDI

Rusiya Ermənistandakı Erubini hərbi hava bazasına 18 ədəd Su-30SM təyyarəsi yerləşdirməyi planlaşdırır. Bu rəsmi təsdiqini tapmasa da, təyyarələrin yaxın dövrdə Ermənistana gətiriləcəyi və bazadakı AN-29 təyyarələri ilə əvəz ediləcəyi deyilir. Buna paralel olaraq, Ermənistanın müdafiə naziri David Tonoyan 2020-ci ilin əvvəlində Rusiyadan 4 ədəd S-30SM təyyarəsi alacaqlarını bildirib.

Publika.az xəbər verir ki, rusiyalı hərbi ekspert Pavel Felqenqauer Rusiyanın Ermənistana göndərəcəyi Su-30SM təyyarələrinin Azərbaycana qarşı olmadığını bildirib.

"Rusiyanın Ermənistandakı hərbi bazasında əhəmiyətli müasirləşdirilmə başlandı. Erubuni bazasına Cənubi Qafqazda həmişə NATO-ya qarşı müdafiə kimi baxılıb. İndi hərbi baza yenilənir, əhəmiyyətli dərəcədə müasirləşdirilir və bu, NATO ilə potensial qarşıdurmaya hesablanmış addımdır. Bu addımlar cənub cinahında Rusiya qoşunlarının imkanlarını gücləndirəcək”, - deyə hərbi ekspert qeyd edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az