Rusiyanın Hmeymim aviabazası üzərində iki PUA vuruldu

Rusiyanın Hmeymim aviabazası üzərində iki PUA vuruldu

Rusiyanın hava hücumundan müdafiə sistemi  Suriyanın Latakiya bölgəsində yerləşən Hmeymim hava bazası üzərində uçan iki pilotsuz uçan aparatı (PUA) vurub.

Bu barədə "Directorate 4” təşkilatının "Telegram” kanalında məlumat yayılıb.

Mənbənin məlumatına görə, dronlar hərbi bazaya qumbaralar atmağa hazırlaşan an göydə zərərsizləşdirilib.

Bundan əvvəl mart ayında, suriyalı yaraqlıların Rusiyanın hava bazasına PUA ilə hücum təşkil etdiyi barədə xəbər yayılmışdı. Bomba daşıyan dron baza yaxınlığına çatmamış  HHM sistemi ilə məhv edilmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az