Rusiyanın hücumu Ukraynaya nə qədər ziyan vurub? - Açıqlandı

Rusiyanın hücumu Ukraynaya nə qədər ziyan vurub? - Açıqlandı

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəqliyyat infrastrukturuna milyardlarla qrivna ziyan vurub və ən böyük obyektlərin yenidən qurulması bir-iki il çəkəcək.

Miq.Az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib.

Ötən həftənin sonunda təkcə nəqliyyat infrastrukturuna (yollar, körpülər, dəmir yolları, müəssisələr, hava limanları) dəyən ziyan 10 milyard dolları ötüb.

Kubrakovun sözlərinə görə, Ukrayna öz bərpasında dünyanın köməyinə arxalanacaq.

Nazir hesab edir ki, obyektlərin əksəriyyəti bir ilə, ən mürəkkəb və ən böyük müəssisələr iki ilə bərpa olunacaq. "Biz mütləq qalib gələcəyik və hər şeyi yenidən quracağıq”, - Kubrakov deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az