Rusiyanın rəsmi saytında Azərbaycana qarşı təxribat - FOTO

Rusiyanın rəsmi saytında Azərbaycana qarşı təxribat - FOTO

Rusiyanın satınalma sahəsi üzrə vahid dövlət portalı olan "Zakupki.gov.ru” Azərbaycana qarşı təxribata yol verib.
 
Dövlət portalında yer alan məlumata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi şəhərciyində xidmət barədə tender elan olunub.
 
Elanda rus sülhməramlıların yerləşdiyi ərazi Azərbaycan ərazisi kimi deyil, "Dağlıq Qarabağ Respublikası” kimi göstərilib.
 
"Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fondunda kompleks xidmətin təşkili və həyata keçirilməsi üzrə xidmətin göstərilməsi”, - deyə elanda qeyd olunub.(qafqazinfo)
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az