“Rusiyanın Ukrayna ərazilərinə iddiası cəfəngiyyatdır, təcavüzdür” –Deputat Erkin Qədirli AŞPA-da çıxış etdi

“Rusiyanın Ukrayna ərazilərinə iddiası cəfəngiyyatdır, təcavüzdür” –Deputat Erkin Qədirli AŞPA-da çıxış etdi
"Təcavüz həmişə çox gözəl bəhanələrlə başlayır. Bura hər şey daxil edilə bilər: Azlıqların müdafiəsi, tarixi ədalət deyilənlərin bərpası, xalqın iradəsi, zərurət və s. kimi bəzi sinik arqumentlər də ola bilər. Biz indi bunun Rusiyada necə işlədiyini, Rusiyanın Ukraynaya təcavüzü vəziyyətində görürük”.
Azpost.info bildirir ki, bu sözləri deputat Erkin Qədirli AŞPA-nın payız sessiyasında Ukrayna ilə bağlı müzakirələr zamanı çıxışında bildirib.
O deyib ki, bu ilin iyununda xüsusi alt komitə Ukraynaya səfər edib: "Mən həmin alt komitənin üzvü kimi həmkarlarımızla birlikdə Kiyevə, Buçaya, İrpinə getmişdim. Orada gördüklərim və eşitdiklərim mənə çox tanış idi, çünki bu, mənim ölkəmdə 30 illik təcavüz və işğal zamanı baş verənləri xatırlatdı. İrpin şəhərinin vitse-meri məndən sualın olub-olmadığını soruşduqda, təvazökarlıqla yox dedim, çünki həqiqətən heç bir sualım yox idi. Hər şey mənə çox aydın idi”.
E.Qədirli qeyd edib ki, Ukrayna ərazisinin bir hissəsinin utanc hissindən uzaq ilhaqı göz qarşısındadır: "Rusiya bu ərazini artıq özünün bir hissəsi olduğunu iddia edir. Bilmirəm, Rusiya televiziyalarının müzakirələrini, Rusiya rəsmilərinin, ictimai xadimlərinin nə dediyini izləyirsinizmi? İndi onlar Ukrayna ordusunun BMT Nizamnaməsinin özünümüdafiə olan 51-ci maddəsinə tamamilə uyğun olan hərəkətlərinə ad qoyur, bu əməlləri Rusiya Federasiyasına qarşı təcavüz adlandırırlar. Bu tam cəfəngiyatdır”.
Azərbaycanı təmsil edən deputat AŞPA-nın bu məruzəsinə səs verəcəyini bəyan edib və bütün deputatları buna çağırıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az