"Rusiyanın "yüksək dəqiqlikli" raketlərinin 60 faizi hədəfə çatmır..."-ABŞ KƏŞFİYYATI
ABŞ rəhbərliyindəki mənbələr bildiriblər ki, Rusiya işğalçıları Ukraynaya "yüksək dəqiqlikli" raketlərin buraxılışı zamanı 60%-ə qədər uğursuzluqla üzləşirlər.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Amerika kəşfiyyatı qeyd edib ki, raketlərin uğursuzluq dərəcəsi gündən asılı olaraq dəyişir. İki mənbə raketlərin hədəfi vurmama nisbətinin 60%-ə çatdığını bildirib.
Ekspert "Reuters"-ə şərhində qeyd edib ki, hədəflərin vurulmasında 20% və ya daha çox olan istənilən uğursuzluq nisbəti yüksək hesab olunur.
Jurnalistlərin fikrincə, yüksək uğursuzluq nisbətinə həm uğursuz buraxılışlar, həm də raketin hədəfə zərbə zamanı partlamaması daxildir.
Martın 24-də ABŞ Müdafiə Nazirliyi bildirib ki, Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri işğalçılar 1200-dən çox raket atıblar.
Pentaqon qeyd edib ki, ruslar hələ də arsenalın böyük hissəsini ("yer-hava" raketləri və qanadlı raketlər) istifadə etməyiblər.
Sultan Laçın