Ruslar daha bir şəhərə hücuma başladı
"Bu gün səhər saatlarında rus işğalçıları Zaporojyeyə hücum ediblər”.
Miq.Az xəbər verir ki, bu barədə "Telegram” kanalında Zaporojye vilayət hərbi administrasiyası məlumat yayıb.
"Zaporojye! Səhər saat 6:50-da hücum olub. Vəziyyət məlumdur, təfərrüatlar sonra”, - məlumatda deyilir.
Eyni zamanda, Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev vətəndaşları təcili olaraq sığınacaqlara getməyə, sosial şəbəkələrdə foto və videolar yaymamağa çağırıb.
"Təcili! Sizə ən yaxın sığınacaqlara gedin və orada olun! Heç bir halda sosial şəbəkələrdə foto və videolar yaymayın!", - o yazıb.
Miq.Az