Ruslar Ukraynanın ikinci ən böyük nüvə stansiyasına yaxınlaşır

Ruslar Ukraynanın ikinci ən böyük nüvə stansiyasına yaxınlaşır

Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır.

Miq.Az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas Qrinfild deyib.

"Rusiya qüvvələri hazırda 20 mil məsafədədir və Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır”,-diplomat stansiyanın adını çəkmədən deyib.

Mütəxəssislər qeyd edirlər ki, Ukraynanın ikinci ən böyük nüvə obyekti - elektrik enerjisi istehsalı baxımından - Ukraynanın cənubunda, Nikolaev bölgəsindəki Cənubi Ukrayna AES-dir.

"Prezident Putin Ukrayna xalqına qarşı bu vicdansız hücumlara son qoymaqla humanitar fəlakəti dayandırmalıdır”, - səfir əlavə edib.

Tomas Qrinfild deyib ki, Ukraynada yerli vaxtla cümə günü səhər tezdən Zaporojye atom elektrik stansiyasını rus qoşunlarının atəşə tutması nəticəsində baş verən yanğını nəzərə alaraq, dünən gecə baş verən "çətinliklə xilas olmuş” fəlakətdən sonra qaçılmaz təhlükə davam edir.

"Beynəlxalq ictimaiyyət Rusiya qüvvələrinin təhlükəli hücumunu dayandırmasını tələb etməkdə yekdil olmalıdır. Və dediyim kimi, Ukrayna xalqı bizə arxalanır və biz onları ruhdan salmamalıyıq”,- Qrinfild bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az