Ruslardan şok etiraf: Berlinə birinci azərbaycanlılar girib

Ruslardan şok etiraf: Berlinə birinci azərbaycanlılar girib

Rusiyanın NTV telekanalında yayımlanan intellektual verlişlərin birində II Dünya müharibəsi ilə bağlı maraqlı fakt üzə çıxıb.
 
Axar.az xəbər verir ki, aparıcı "1945-ci il mayın 2-də leytenant Məcidovun rəhbərliyi ilə dörd döyüşçü məhz bunu edib…” – deyə sualını verib.
 
Vadim adlı iştirakçı isə dərhal sualı cavablandırıb: "Berlində Brandenburq qapıları üstünə qələbə bayrağı sancıblar”.
 
Qeyd edək ki, 1945-ci ilin aprelin 21-də azərbaycanlılardan təşkil olunmuş 416-cı diviziya Berlin şəhərinə qədər irəliləyərək, bir neçə strateji mövqeləri ələ keçirmişdi.
 
Daha sonra mayın 2-də leytenant Rəşid Əsəd oğlu Məcidovun rəhbərlik etdiyi 4 nəfərlik qrup (Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev) Bradenburq darvazalarına qələbə bayrağını sancmışdılar.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az