Rüstəm Usubov kəfən geyinənləri qəbul etdi- kəfənli şikayətçilər

Rüstəm Usubov kəfən geyinənləri qəbul etdi- kəfənli şikayətçilər

Fevralın 3-ü səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçirib. 

Şikayətçilər problemlərinin həll edilməməsindən narazılıq ediblər. Vətəndaşların əsas tələbləri Baş prokuror Zakir Qaralovla görüşmək olub. Onların bəziləri kəfən geyinməklə problemlərinə göz yumulmasına  bu yolla etiraz ediblər.

Vətəndaşlar deyiblər ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytına həmin vətəndaşların  Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən qəbul edildiyini bildirib. O, həmçinin hazırda görüşün davam etdirildiyini əlavə edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az