Rövnəq Abdullayev müdiri işdən çıxardı - SOCAR-da dəyişiklik

Rövnəq Abdullayev müdiri işdən çıxardı - SOCAR-da dəyişiklik
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin –  SOCAR-ın "Kompleks qazma işləri” trestinin müdiri İskəndər Şirəli bu gün vəzifəsindən azad edilib. 

2007-ci ildən SOCAR-ın "Kompleks qazma işləri” trestinin müdiri işləyən İskəndər Yaqub oğlu Şirəli  ondan əvvəl "Xəzərdənizneft” İstehsalat Birliyi, "Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin və Abşeron Qazma İşləri İdarəsinin rəisi vəzifələrində çalışıb.
Əməkdar mühəndis, elmlər doktoru olan İ. Şirəli həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professorudur. (Azpolitika.info)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az