Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vətəninfo.az ARDNŞ-ə istinadən xəbər verir ki, R. Abdullayev rəhbərlik etdiyi şirkətin hazırda Türkiyənin ən böyük xarici investoru olduğunu nəzərə çatdıraraq bildirib ki, TANAP layihəsi, “STAR” neft emalı zavodunun inşası və “Petkim“ neft-kimya holdinqinin yenidənqurma layihələri Türkiyənin beynəlxalq enerji sənayesində önəminin daha da artmasında mühüm rol oynayacaq.
Öz növbəsində türkiyəli nazir ARDNŞ-in operatorluğu ilə həyata keçirilən TANAP layihəsinin regional inkişafa mühüm təsir göstərəcəyini vurğulayıb.
“SOCAR-Türkiyə Enerji” şirkətinin rəhbəri Kənan Yavuz ARDNŞ-in qardaş ölkədə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib