Rövşanə və Elgiz də ANS-i tərk etdi

Rövşanə və Elgiz də ANS-i tərk etdi

Lisenziyası dayandırılan "ANS Müstəqil Yayım və Media” Şirkətinin (ANS TV) tanınmış aparıcıları - Rövşanə Bektaşi və Elgiz Əkbər artıq sözügedən telekanaldan ayrılıblar.

Teleaparıcılar bu barədə qərarı sentyabrın 21-də Ali Məhkəmədə "ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasından sonra veriblər. Belə ki, ötən gün uğursuz nəticələnən məhkəmə iclasından sonra "ANS Müstəqil Yayım və Media” Şirkətinin prezidenti Vahid Mustafayev işçiləri toplayaraq, iclas keçirib.

İclas zamanı V.Mustafayev işçilərinə səbrli olmağı və ANS TV-nin açılması ilə bağlı hələ ümid olduğunu söyləyib. Ancaq bu iclasdan sonra bir neçə işçi özünə iş axtarmağa qərar verib ki, bunlardan biri ANS TV-nin "Yoldaş Rövşanə” verlişinin keçmiş aparıcısı Rövşanə Bektaşi və "Günəbaxan” verlişinin keçmiş aparıcısı Elgiz Əkbər olub.

Rövşanə Bektaşinin artıq telekanallardan birində iş tapdığı, Elgiz Əkbərin isə Vahid Mustafayev tərəfindən işdən çıxarıldığı deyilir./olke.az/

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az