Rövşən Əkbərovun oğlu Azərbaycanı tərk etdi

Rövşən Əkbərovun oğlu Azərbaycanı tərk etdi

Vəkil Elçin Sadıqova hücum etdiyi bildirilən Rövşən Əkbərovun oğlu Telman Əkbərov Azərbaycanı tərk edib.

Miq.Az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

O bildirib ki, şikayətilə bağlı prosesin gedişini öyrənmək üçün polis şöbəsi ilə əlaqə saxlayıb:

"Rövşən Əkbərovun oğlunun mənə hücum etməsi və xəsarət yetirməsi üzrə şikayətimin araşdırılması durumu ilə maraqlandım. Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman 2 sentyabr 2021-ci ildə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etdiyindən onun dindirilməsi hələ mümkün olmayıb”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az