"S-400-lər Suriyadan çıxarılmayacaq" - Sergey İvanov
"Rusiya S-400 zenit-raket komplekslərini Suriyada çıxarmayacaq”.
Bu barədə jurnalistlərlə görüşdə Rusiya prezidenti administrasiyasının başçısı Sergey İvanov danışıb.
Sergey İvanovun sözlərinə görə, zenit kompleksləri Suriyada qalan təyyarələri effektli qorumaq üçün lazım olacaq. Zenit komplekslərindən əlavə bazada dəniz və qurudan gələcək təhlükələrə qarşı müdafiə vasitələri qalacaq.
Xatırladaq ki, dünyanın ən müasir HHM sitemlərindən biri sayılan S-400 kompleksləri türk F-16-nın rus Su-24 bombardmançısını vurmasından sonra Suriyaya yerləşdirilmişdi.
Miq.az