Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü

Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü
Tbilisidə prezident seçkilərindən sonra saxlanılan 7 Ukrayna vətəndaşı kütləvi iğtişaşlara hazırlıqda ittiham olunurlar.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, həmin şəxslərin Tbilisdə Qriqol Vaşadze tərəfdarlarının aksiyasında dava salması gözlənilirdi.
Ukrayna ordusunun polkovniki Vyaçeslav Vlasenko təxribatların Mixail Saakaşvilinin puluna təşkil olunacağını deyib.
"Həmin aksiyalarda atəş açılması planlaşdırılırdı. Müxalifət sonradan həmin cinayətdə güc strukturlarını ittiham edəcəkdi”-deyə Vlasenko fikirlərini tamamlayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az