Şagirdi döyən müəllim və direktor işdən çıxarılıb — VİDEO

Şagirdi döyən müəllim və direktor işdən çıxarılıb — VİDEO

Ötən həftə paytaxtdakı məktəblərin birində müəllimənin şagirdə xəsarət yetirməsi iddiası Bakı Şəhər Təhsil İdarəsini hərəkətə keçirib.

Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı "müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, müəlliməni məsuliyyətdən yayındırmağa çalışıb.

Fakt təsdiqini tapdıqdan sonra direktor və müəllimə barəsində ciddi tədbirlər görülüb. Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv olunub.

Miq.Az xezerxeber-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az