Saipem: Xəzər dənizində fəaliyyət göstərən gəmidə baş vermiş qəza

Saipem: Xəzər dənizində fəaliyyət göstərən gəmidə baş vermiş qəza


 Daha öncə bildirdiyimiz kimi 8 May 2019-cu il tarixində 18:30 radələrində Şah Dəniz II layihəsi çərçivəsində Saipem şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi "İsrafil Hüseynov” gəmisində partlayış baş vermişdir. 9 May səhər saatlarında qəzada xəsarət alan on dörd nəfər Saipem Şirkətinin işçiləri xəstəxanaya çatdırılmışdır.

Qəza borudüzmə işləri zamanı avadanlığın bir hissəsi üzərində aparılan texniki qulluq əməliyyatları ilə əlaqədar olmuşdur.

Xəsarət almış on dörd nəfərdən yeddi nəfəri reanimasiya şöbəsinə yerləşdirilmişlər. Xəsarət alan şəxslər milliyyətcə Azərbaycan, İtalya, Böyük Britaniya, Rumıniya, Malayziya və Xorvatiya vətəndaşlarıdırlar.

Zərərçəkənlərə və onların ailə üzvlərinə şəfqət hissini ifadə edərək, Saipem şirkəti yüngül xəsarət alan şəxslərin dərhal vətənlərinə qaytarılmasını təmin etməklə yanaşı ciddi xəsarət alan digər şəxslərin xüsusi tibbi mərkəzlərə köçürməsini təmin edəcəkdir.

Saipem şirkəti enerji və infrastruktur sektorlarındakı başlıca layihələrin mühəndisliyi, qazma və tikinti işləri üzrə aparıcı şirkətdir. O, beş biznes bölməsindən (Offshore E&C, Onshore E&C, Offshore Drilling, Onshore Drilling və XSight) ibarətdir. Saipem şirkəti sifarişçinin tələblərinə cavab vermək məqsədi daşıyan, fərqli bacarıqlar və qabiliyyətlər, yüksək texnologiyalı resurslarla həllər təmin edən qlobal şirkətdir. Milan Fond Birjasının siyahısında olaraq dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərməklə yanaşı 120 müxtəlif milliyyətdən ibarət 32 min işçi heyyətinə malikdir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az