Şamaxıda M.Ə. Sabir şeirlərinin üçüncü bədii qiraət müsabiqəsinə stat verilib

Şamaxıda  M.Ə. Sabir şeirlərinin üçüncü bədii qiraət müsabiqəsinə stat verilib

Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü və  Söz Azadlığını Müdafiqə Fondu ilə Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyası birgə təşkilatçılığı ilə  Şamaxı şəhərində Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş üçüncü bədii qiraət  müsabiqəsinə aprel ayının 20-dən etibarən start verilib. İki mərhələdə keçiriləcək müsabiqəyə M.Ə.Sabirin doğum günü  ərəfəsində yekun vurulacaq. Müsabiqənin birinci mərhələsi rayonun bütün tədris müəssisələrində, o cümlədən orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, habelə  Şamaxı Humanitar Kollecində keçiriləcəkdir. Artıq təşkilat komitəsinin üzvləri qeyd olunan təhsil ocaqlarında olaraq adıçəkilən müəssisə rəhbərləri ilə layihənin icrası ilə bağlı məsələləri müzakirə etmişlər. Layihə çərçivəsində rayon təhsil müəssisələrində çalışan ədəbiyyat müəllimləri  üçün seminarın təşkili də nəzərdə tutulub. 

Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin  yaradıcılığının tədris prosessində təbliginə metodiki dəstək vermək, tədris prosessində fəal  şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.

Yekun mərhələdə qalibləri tanınmış  bədii qiraət ustaları, habelə  Şamaxıda fəaliyyət göstərən elm adamlarının qatıldığı münsiflər heyəti seçəcəkdir.

Üçüncü dəfə keçirilən müsabiqədə M.Ə.Sabirin müasirlərinin şeirlərinində təqdimatına yer veriliəcəkdir.

Xatırladaq ki, qaliblərə Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun  təsis etdiyi təqaüd və Fəxri fərmanlar  veriləcəkdir. 

Qeyd edək ki, Şamaxının millət vəkilinin təsis etdiyi təqaüdləri artıq iki ildirki müsabiqənin əvvəlki illərdə qalibi olmuş rayonun  on yeddi nəfər şagird və tələbəsi alır. 

Söz Azadlığını Müdafiqə Fondu  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az