Sarqsyan: "Erməni "məxməri inqlabı" anti-Qarabağ hərəkatıdır"

Sarqsyan:

İstefasından bəri verdiyi ilk geniş müsahibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, erməni "məxməri inqlabını" anti-Qarabağ hərəkatı olduğunu söyləyib. Hərbi icmalçı Nazim Bayramov şəxsi feysbuk səhifəsində yazdığı şərhində 2016-cı il il aprel döyüşlərinin nəticələrinin ermənidaxili siyasi proseslərə birbaşa təsirini və Parlaq Qələbəmizdə rolunu xatırladır:

"S.Sarqsyan açıq bəyan edir ki, erməni "məxməri inqlabı" mahiyətcə anti-qarabağ hərəkatıdır. 2016 il aprel döyüşlərinin nəticəsində Ermənistanda hakimiyətdə olan "Qarabağ klanının" erməni cəmiyətinin gözündən düşəcəyi  barədə fikirləri hadisələrdən dərhal sonra bölüşmüşdüm. Bir neçə ay sonra- artıq iyulda "Sasna Srer" dəstəsi İrəvanda polis alayını zəbt elədi. Terrorçuların hesabına görə onlar polis alayını zəbt edib saxlanması, Sarqsyan hakimiyətinə qarşı kütləvi etirazları tətikləməli idi."

Hərbi icmalçı qeyd edir edir ki, "Sasna Srer"in müdafiəsinə keçirilən aksiyalar 2-3 min adam toplayırdı və dağıdılırdı:

"İki həftədən sonra terrorçulara aydın oldu ki, xalq qalxmadı və onlar təslim oldular.  Lakin Ermənistan cəmiyətində Qarabağ ermənilərinə qarşı ənənəvi ayrıseçkilik baş qaldırmışdı. Bir məhşur erməni bəstəkarı elə o dövrdə Qarabağ erməniləri barədə demişdi, "qoy rədd olsunlar öz muğamları ilə, namazları ilə..." 

Nazim Bayramov şərhində maraqlı məqama  toxunaraq qeyd edib ki, ermənilər Sarqsyanı Azərbaycan dilində söyüblər:  

"Təəcüblü deyil ki, 2018 ildə Sarqsyanı qovanda ermənilər onu azərbaycanca söyürdülər.  N.Paşinyanın çıxışlarında "erməni inqlabının 2016 apreldə başlayıb!" bəyan etməsi də bizim üçün "4 günlük müharibənin" hərbi-siyasi nəticələrini və əhəmiyətini göstərir. Bunu xatırlatmağı ona görə lazım bildim ki, Aprel Şəhidlərimiz, bəzilərinin o vaxt dediyi kimi, "iki təpəyə görə ölməyiblər". Qarabağ klanının aprel məğlubiyəti nəticəsində hakimiyəti itirməsi və qanunauyğun şəkildə, anti-Qarabağ ruhlu hərəkatla əvəzlənməsi  düşməni müvazinətdən çıxardı. Bu da  Böyük Qələbəmizin siyasi təməllərindən birini qoydu!
Qarabağ uğrunda bütün Şəhidlərimizin ruhları bu Qələbəmizlə şad olsun."-deyə hərbi içmalçı qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az