Saxlanılan icra başçısının köməkçisi DANIŞDI

Saxlanılan icra başçısının köməkçisi DANIŞDI

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat zamanı korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilirdi.

"Yeni Sabah” məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərovla əlaqə saxlayıb. İcra hakimiyyətinin nümayəndəsi bildirib ki, icra başçısının müavini, köməkçiləri və rayonun baş memarının saxlanması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, sözügedən əməkdaşların hər biri hazırda iş başındadır. pizza sifarişi

Aydın Xoçbərov həmçinin qeyd edib ki, Balakən Rayon İcra Hakimiyyətinə kimin başçılıq edəcəyi dövlət başçısının aidiyyəti məsələ ilə bağlı sərəncamından sonra məlum olacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az