Şəbnəm Tovuzlu icra başçısı ilə sevgili olması xəbərindən danışdı

Şəbnəm Tovuzlu icra başçısı ilə sevgili olması xəbərindən danışdı

Bir müddətdir adı qalmaqallı hadisələrdə hallanan müğənni Şəbnəm Tovuzlu haqqında yeni ittiham irəli sürülüb.

Miq.az xəbər verir ki, Moderator.az saytında onun rayonların birinin icra başçısı ilə sevgili olduğu haqda xəbər yayılıb. 

Məlumatda qeyd olunur ki, bu icra başçısı əvvələr musiqiçi olub, toylarda sintezator ifaçısı kimi çıxış edib və ailəlidir.
Şəbnəm Tovuzlu "Qafqazinfo"ya açıqlamasında adını icra başçısı ilə hallandıranlara sərt şəkildə cavab verib:
 
"Ötən həftə canlı yayımda demişdim ki, bəzi rekert jurnalistlər məni hədəf seçirlər. Bu da dediklərimin sübutudur. Onlar şər və iftira dolu xəbərlər yazmaqla reytinq əldə etməyə can atır. Görün bu sifarişli yazılar yazan necə savadsızdır ki, hansısa icra başçısını keçmiş sintezator ifaçısı kimi qələmə verir. Xəbərin ən gülməli yeri məhz budur. Əgər əllərində fakt varsa, ad açıqlasınlar. Kimsədən qorxum yoxdur. Və utanacaq heç bir hərəkət də etməmişəm. O, dırnaqarası jurnalisti Allaha tapşırıram. Müqəddəs Ramazan ayında şayiə yaymağın özü də bir günahdır. Heç olmasa bu ayda günah etməkdən çəkinsinlər”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az