Səfir: “Prezidentlərin Bakı görüşünün çox müsbət nəticə verəcəyinə inanıram”

Səfir: “Prezidentlərin Bakı görüşünün çox müsbət nəticə verəcəyinə inanıram”
"İran, Rusiya və Azərbaycan arasında movcud olan yüksək səviyyəli əlaqələri nəzərə alaraq üç ölkə prezidentlərinin Bakıda keçiriləcək görüşünün çox müsbət nəticə verəcəyinə inanıram”. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Fars agentliyinə müsahibəsində deyib.

Səfir bildirib ki, son 3 ildə prezidentlər 6 dəfə görüşüblər: "Prezidentlərin siyasi iradəsinin nəticəsində bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, elm sahələrində münasibətlər xeyli inkişaf edib”.

M.Pakayin deyib ki, bu gün İran və Azərbaycan anlayır ki, regionda təhlükəsizliyə olan təhdidlərlə birgə mübarizə aparmalı və mövcud regional problemləri birgə həll etməlidirlər.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az