Səfir Robert Sekuta: "ABŞ Azərbaycana hərtərəfli müzakirələr təklif edib"

Səfir Robert Sekuta:

Səfir Robert Sekuta ABŞ-ın Azərbaycana iki ölkə arasında hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif etdiyini deyib.

R.Sekuta bildirib ki, buraya ticarət, iqtisadiyyat, insan haqları və digər sahələr daxildir: "Eyni zamanda ABŞ-ın ticarət nümayəndə heyəti Azərbaycana gəlib və burada iqtisadi məsələlər müzakirə edilir”.

Səfirin sözlərinə görə, ABŞ və Azərbaycan bir sıra məsələlər üzrə uzun müddətdir ki, işləyir və hazırda da işləməkdədirlər: "11 sentyabr hadisələrindən sonra Azərbaycan sülhyaratma əməliyyatlarında bizimlə işləyir. Azərbaycan hərbçiləri Əfqanıstanda çiyin-çiyinə ABŞ döyüşçüləri ilə işləyir. Biz Azərbaycanın terrorizmə qarşı səylərini, tolerantlıq dəyərlərini çox vacib hesab edirik. ABŞ bu fəaliyyətləri yüksək qiymətləndirir. Biz hazırda Avropanın enerji təhlükəsizliyi üçün vacib olan Cənub Qaz Dəhlizi üzərində çalışırıq. Biz Azərbaycanla güclü çiçəklənən inkişaf edən demokratik ölkə qurmaq istiqamətində işləməyə davam edirik...".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az