Səfirlər Türkiyə XİN-ə çağırıldı

Səfirlər Türkiyə XİN-ə çağırıldı

ABŞ-ın Türkiyədəki səfiri Con Bass və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə "RİA-Novosti" Türkiyə diplomatik idarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Ankara Moskva və Vaşinqtonu PYD-yə (PKK-nın Suriyadakı qolu) hərbi yardım göstərməkdə ittiham edib.

"Dünən ABŞ və Rusiya səfirləri XİN-ə çağırılıb və Kürd demokratik ittifaqına hərbi yardım göstərilməsinin yolverilməz olduğu haqqında xəbərdar ediliblər", - Türkiyə XİN-dən bildirilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az