Şəhərin şimal girişi bağlanır: Xəbərdarlıq

Şəhərin şimal girişi bağlanır: Xəbərdarlıq
Aprelin 18-də axşam saat 22:00-dan aprel 19-u səhər saatlarınadək Bakının şimal girişində, Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.

Azəravtoyol ASC-dən verilən məlumata görə, təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Buna görə həmin zolaqlarla avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bakı şəhərinə doğru istiqamətdə olan avtonəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.

Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə "Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az