Şəhid Çingizlə vida bitdi (YENİLƏNİB)

Şəhid Çingizlə vida bitdi (YENİLƏNİB)
Mərasimdə müdafiə naziri Zakir Həsənov, DTX rəhbəri Mədət Quliyev də iştirak edib

Şəhid əsgər Qurbanov Çingiz Salman oğlu ilə keçirilən vida mərasimi başa çatıb. 

Miq.az-ın  məlumatına görə, mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev kimi rəsmi şəxslər iştirak edib. 

Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə öz təşəkkürünü bildirib. O, oğlu Çingiz Qurbanovun 40 gündür, şəhid olduğunu xatırladıb. "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə silah götürməyə hazıram".

Şəhidin nəşi torpağa tapşırılmaq üçün Qusar rayonuna aparılıb.

***
Bakıda Azərbaycan-Ermənistan dövlət sərhədində erməni tərəfin təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi keçirilir. Miq.az-ın  məlumatına görə, şəhidlə vida mərasimi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində başlayıb. 

Mərasimdə hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin yoldaşları, yaxınları, sadə vətəndaşlar iştirak edir.

Çingizin nəşi Qusar Şəhidlər Xiyabanında dəfn ediləcək.

Xatırladaq ki, əsgər Qurbanov Çingiz Salman oğlu Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabr ayının 29-da şəhid olub. Onun meyiti ermənilərin əlinə keçib.

Qarşı tərəf uzun müddət nəşi qaytarmaqdan boyun qaçırıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi ötən gün Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az