Şəhidimizin övladlarına Türkiyədən jest

Şəhidimizin övladlarına Türkiyədən jest
Şəhid hərbi pilot, mayor Təbriz Musazadənin iki övladı Tayfun və Onurun ali təhsilləri, hətta ali təhsildən sonrakı bütün magistratura xərcləri belə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən ödəniləcək.
 
Türk Dünyası Bakı Atatürk Liseyinin müdiri Ali Devrim Turkustan.info-ya açıqlamasında bu barədə vəqfin başqanı Közhan Yazqanın qərar verdiyini deyib.
 
Ötən həftənin cümə günü Tayfun və Onurun təhsil aldığı Türk Dünyası Bakı Atatürk Liseyində anım tədbiri keçirilmişdi. Həmin tədbirdə onların liseydəki təhsil haqlarından azad olması elan edilmişdi. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az