Səhiyyə Nazirliyi: Vərəm xəstəliyindən ölüm halları azalıb

Səhiyyə Nazirliyi: Vərəm xəstəliyindən ölüm halları azalıb

Azərbaycanda qeydiyyatda olan vərəmli xəstələrin sayı açıqlanıb.

Miq.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, son 10 il ərzində qeydiyyatda olan vərəmli xəstələrin sayı hər 100 min nəfərə 121,4-dən 88,1-ə qədər azalıb, bu xəstəlikdən ölüm halları 8,4-dən 4,5-ə enib.

Aparılan məqsədyönümlü tədbirlər nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az