Səhiyyə Nazirliyini mafiya idarə edir
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin sözlərinə görə, Ukrayna Səhiyyə Nazirliyinə əczaçılıq mafiyası nəzarət edir.
Axar.az "İnforesist”ə istinadən xəbər verir ki, "Beşinci Kanal”da çıxışı zamanı eks-prezident nazirliyin mafiya tərəfindən idarə olunmasının qarşısı almaq üçün ciddi addımlar atılmasının gərəkdiyini vurğulayıb. Jurnalistin "Ad çəkə bilərsinizmi?” sualına qubernator belə cavab verib:
"Başa düşdüyümə görə, hazırda bunu Darnitskaya əczaçılıq şirkəti edir. O, digər əczaçılıq şirkətlərinə qarşı apardığı mübarizədə qalib gəldi. Adətən bu şirkətlər bir-birini əvəzləyir və ukraynalılar dərmana çox böyük pullar ödəməyə məcbur qalırlar”.
Xatırladaq ki, daha öncə Ukrayna Nazirlər Kabineti Səhiyyə Nazirliyində təhqiqatlar aparmış və bir sıra səlahiyyətli şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində addımlar atmışdı.
Vətəninfo.az