Səməd Seyidov: “Bizim dialoq çağırışımıza cavabları budur?” - AŞ PA AZƏRBAYCANLA MÜNASİBƏTLƏRDƏ MARAQLI DEYİL

Səməd Seyidov: “Bizim dialoq çağırışımıza cavabları budur?” - AŞ PA AZƏRBAYCANLA MÜNASİBƏTLƏRDƏ MARAQLI DEYİL
Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyası  (AŞPA) bugün Azərbaycanda insan haqlarının durumuna  aid xüsusi müzakirələr keçirəcək.

 

Gununsesi.info-nun xəbərinə görə, assambleya "Azərbaycanda insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın vəziyyətinin pisləşməsi” mövzusunda cari məsələlər müzakirəsinin keçirilməsinə qərar verib.  Məsələ ilə bağlı 81 səs lehinə, 31 əleyhinə, 5 bitərəf olmaqla qərar qəbul olunub.

 

Azərbaycanın AŞ PA-dakı deputat qrupunun rəhbəri Səməd Seyidov Gununsesi.info-ya açıqlamasında bu müzakirələri Azərbaycana qarşı növbəti qərəzin ifadəsi kimi qiymətləndirib:
"AŞ PA-da bu müzakirələri təşkil edənləri özlərini çıxılmaz quyuya atır. Biz assambleyada  öz fəaliyyətimizi dayandırmışıq. Çünki, qeyri obyektiv, yalan böhtana söykənən münasibətlə üzləşmişik. Zaman-zaman  əleyhimizə bu cür qətnamələr qəbul olunub. Sonuncu müzakirəyə gəlincə, bunu təşkil edənlər elə AŞPA-nın özündə  çox ciddi maneə ilə üzləşib. AŞ PA-da 33 deputat buna qarşı çıxıb. 5 nəfər ümumiyyətlə səsverməyə  qatılmayıb. 81 nəfərlə bu qərarı veriblər”.

Səməd Seyidov deyir ki, AŞ PA dialoq platformasıdır: ” Bizim xarici işlər naziri də BMT-də AŞ -nın baş katibi ilə görüşündə dialoq təklifi verib. Bildirib ki, bu qurum dialoq platformasıdır və Azərbaycan hazırdır ki, müzakirələr aparsın. Amma bunlar nə etdi, gördünüz. Bunların dialoqa cavabları budurmu?”.

Səməd Seyidovun sözlərinə görə, bu müzakirələr Azərbaycanla Avropa Şurası arasındakı gələcək münasibətləri ciddi zədələyəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az