Səmranın "Eurovision" mahnısı nə vaxt təqdim olunacaq?

Səmranın

İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəni 2016-cı ildə "Eurovision" mahnı müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyini açıqlayıb. 

21 yaşlı ifaçı mayın 10-da tarixində baş tutacaq ilk yarımfinalda Eurovision səhnəsinə çıxaraq "Miracle” mahnısını ifa edəcək. 

İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti, və Avropanın 35 ölkəsindən olan Eurovision azarkeşlərinin rəyi əsasında seçilib. Səmranın Eurovisionda ifa edəcəyi "Miracle" mahnısının rəsmi təqdimatı bu həftəsonu olacaq.

Qeyd edək ki, Səmra 16 yaşında, 2012-ci ildə "Eurovision"ın milli seçim turunda iştirak etsə də, ölkəni təmsil etmək hüququnu əldə edə bilməyib. Bundan sonra o, "Voice" ("Səs") yarışmasının Türkiyədəki variantında  yarımfinala qədər irəliləyib.

Bu mövsüm isə S.Rəhimli "Səs Azərbaycan” müsabiqəsinin finalçısına çevrilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az