Senatdan Trampa sərt sözlər: "Putindən qorxursan..." - Qalmaqal

Senatdan Trampa sərt sözlər:
ABŞ Senatında azlıqda olan demokratların lideri Çak Şumer prezident Donald Trampın Vladimir Putini G7 sammitinə dəvət etmək ideyasına sərt münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Çak Şumer bu təklifi dəhşətli adlandırıb:
"Krımı zorla işğal altında saxlamaqda davam edən, seçkilərimizə qarışan və yeni silah yarışına təşəbbüs göstərən Rusiyanı növbəti G7 sammitinə dəvət etməyi düşünmək dəhşətdir".
Demokrat liderin sözünə görə, Rusiyanı "səkkizlər qrupu"na qaytarmaq Amerika liderinin Putin qarşısında gücsüzlüyünə, ABŞ-ın isə zəif müdafiə olunduğuna sübutdur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az